"Messi gəlsə, ayaqlarından öpəcəm" - Argentinalı futbolçu

"Messi gəlsə, ayaqlarından öpəcəm" - Argentinalı futbolçu

ABŞ-ın "Dallas" klubunun futbolçusu Franko Jara açıqlaması ilə marağa səbəb olub.

Offsideplus.az xəbər verir ki, argentinalı forvard "Barselona"nın ulduzu Lionel Messi MLS-ə gələrsə, ayaqlarından öpəcəyini deyib. Zlatan İbrahimoviç, İquayn kimi məşhur futbolçuların MLS-ə keçməsindən sonra Franko Jara Messinin də ABŞ-a üz tutacağına inanır.

Qeyd edək ki, Lionel Messiylə MLS təmsilçisi "Los-Anceles Qelaksi" yaxından maraqlanır.

Mənbə: offsideplus.az