"İnter"dən ayrılmayacaq

"İnter"dən ayrılmayacaq

"İnter"in hücumçusu Lautaro Martines klubu tərk etməyəcək.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Milan təmsilçisi ilə yeni müqavilə barədə danışıqlar aparır və hazırda klubdan ayrılmaq fikrində deyil.

Argentinalı oyunçunun adı "Barselona" ilə hallanırdı.

Qeyd edək ki, Martines bu mövsüm A seriyasında 23 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə verib.

Mənbə: qol.az