"Siti"nin türk ulduzundan "Mançester Yunayted" etirafı

"Siti"nin türk ulduzundan "Mançester Yunayted" etirafı

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan "Mançester Yunayted" barədə açıqlama verib.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu "Siti"dən öncə "qırmızı şeytanlar"ın onunla maraqlandığını etiraf edib.

"Bu düzdür. Deyəsən, "Siti"yə transfer olmadan 3 il qabaq idi. Komanda yoldaşım Şinji Kaqava "Mançester Yunayted"ə getdi. Onu izləməyə gələrkən, diqqətlərini çəkdim. Lakin heç vaxt görüşmədik. Çünki "Borussiya" məni satmaq istəmirdi".

Qeyd edək ki, İlkay Gündoğan 2016-cı ildə "Borussiya"dan (Dortmund) "Siti"yə transfer olmuşdu.

Mənbə: offsideplus.az