Ermənini udan güləşçimizin məşqçisi: "Turan müharibəyə can atırdı"

Ermənini udan güləşçimizin məşqçisi: "Turan müharibəyə can atırdı"

"Xocalı faciəsinin ildönümü günü bu qələbə bizi çox sevindirdi. Qürurverici haldır. O, indiyədək üz-üzə gəldiyi erməni rəqiblərinə uduzmayıb".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun şəxsi məşqçisi Abil İbrahimov yetirməsinin Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda bu ölkəni təmsil edən erməni idmançı Qor Ohannesyan üzərində qələbəsi barədə danışarkən deyib.

Gənclər arasında dünya çempionu və 2020-ci il Sidney Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş mütəxəssis Bayramovun vətənpərvər gənc olduğunu bildirib: "Vətən müharibəsinin ilk vaxtlarında məşqləri çox həvəssiz edirdi. Çünki yaxınları, doğmaları cəbhədə vuruşurdu. Ona görə özü də müharibəyə getməyə can atırdı".

İbrahimovun sözlərinə görə, gənc güləşçi ilə söhbətdən sonra onun fikrini dəyişmək mümkün olub: "Başa saldım ki, sənin mübarizə meydanın güləş döşəyidir. Sağ olsun, məni başa düşdü və əvvəlki qaydada hazırlaşmağa başladı. Şükürlər olsun, üzümüzü ağartdı. Sübut etdi ki, Azərbaycan nəinki döyüş meydanında, idmanda da düşməndən üstündür".

Qeyd edək ki, 65 kq çəki dərəcəsində yer alan Turan Bayramov bu gün beynəlxalq turnirdə bürünc medal görüşünə çıxacaq.

Mənbə: fanat.az