Salah komanda yoldaşından 30 qat artıq maaş alır

Salah komanda yoldaşından 30 qat artıq maaş alır

"Liverpul"un aparıcı simalarının maaşı bəlli olub.

Offsideplus.az "The Sun"a istinadla xəbər verir ki, komandanın ən yüksək ödənişli futbolçusu Məhəmməd Salahdır. Mərakeşli ulduzun həftəlik qazancı 200 min (280 min dollar), illik əməkhaqqısı isə 10 milyon 428 min funtdur (14 milyon 500 min dollar).

Ən çox maaş alan ikinci futbolçu Tyaqo Alkantaradır. Həftəlik gəliri Salahdan nisbətən azdır - 192 min funt (268 min dollar). İllik əməkhaqqısı 9 milyon 984 min funt (13 milyon 900 min dollar) təşkil edir.

Bu mənada üçüncü sırada Firmino yer alıb. Braziliyalının çəkdiyi zəhmətin qarşılığı hər həftə üçün 180 min funtdur (250 min dollar). İllik qazancı 9 milyon 360 min funtdur 13 milyon dollar.

Əsas komandada ən az məvacib alan oyunçu Körtis Consdur. 20 yaşlı yarımmüdafiəçi həftəyə 6731 funt (9400 dollar), illik 350 min funt (487 min dollar) qazanır. Bu isə Salahın maaşından 30 dəfə azdır.

Mənbə: offsideplus.az