Məşhur futbolçunun keçmiş həyat yoldaşı ölümdən döndü - FOTOLAR

Məşhur futbolçunun keçmiş həyat yoldaşı ölümdən döndü - FOTOLAR

"Arsenal"ın və Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavinin keçmiş həyat yoldaşı ölümün pəncəsindən qurtulub.

Offsideplus.az xəbər verir ki, bur barədə Alisa Kazminanın anası Natalya Sarıçeva məlumat verib. Qadının anası "instagram" səhifəsində etdiyi paylaşımda qızının 8 gün reanimasiyada yatdığını, 8 günün 4-nü süni komanda olduğunu bildirib. Kazminaya frontal, sfenoid və etmoid sinusların avtoimmun nekrozu diaqnozu qoyulub.

Sarıçeva qızı haqda bu sözləri yazıb: "Sən bizə qayıtdın... Mənim qızım... 8 gün reanimasiyada, 4 gün süni komada. Ölümlə yaşam arasındakı 8 gün. Deməli, yaşayacaqsan!"

Qeyd edək ki, Arşavinlə Kazmina 2016-cı ildə ailə qurub, 2019-da boşanıblar. Birgə nigahdan Yeseniya adlı qız övladları var.

Alisa Kazmina Andrey Arshavin 04

uzn 15945298706

upload 10 pic905 895x505 11322

Mənbə: offsideplus.az