Azərbaycanı dünya çempionatında bu idmançılar təmsil edəcək

Azərbaycanı dünya çempionatında bu idmançılar təmsil edəcək

Fiqurlu konkisürmə üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Offsideplus.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezdenti Fuad Quliyev açıqlama verib. Belə ki, yarışa 4 fiqurlu konkisürən yollanacaq.

Kişilərin yarışında Vladimir Litvintsev, qadınlarda isə Yekaterina Ryabova qüvvəsini sınayacaq. Yekaterina Kuznetsova və Aleksandr Kolosovski isə qoşa yarışlarda mübarizə aparacaq. Sonuncular Ukraynanın Odessa şəhərində başa çatan beynəlxalq turnirdə uğurlu nəticə əldə etdikləri üçün dünya çempionatına vəsiqə qazanıblar.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda keçiriləcək dünya çempionatı 21 - 28 martda baş tutacaq.

Mənbə: offsideplus.az