"Mançester Siti"dən növbəti qələbə

"Mançester Siti"dən növbəti qələbə

"Mançester Siti" Premyer Liqada növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, "şəhərlilər" 26-cı turda "Vest Hem"i qəbul edib. Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Mançester Siti" hazırda turnir cədvəlində 62 xalla vahid liderdir. Komanda ən yaxın izləyicisi "Mançester Yunayted"i 13 xal qabaqlayır. "Vest Hem" isə 45 xalla 4-cüdür.

"Mançester Siti" - "Vest Hem" - 2:1
Qollar: Dias, 30 (1:0), Antonio, 43 (1:1), Stons, 68 (2:1)

Mənbə: qol.az