"Roma"ya Ceko ilə bağlı pis xəbər

"Roma"ya Ceko ilə bağlı pis xəbər

"Roma"nın futbolçusu Edin Ceko sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, Avroliqada “Braqa” ilə cavab oyununda zədələnən 34 yaşlı hücumçu iki həftəlik yaşıl meydanlardan uzaq qalacaq. O, İtaliya A Seriyasının 24-cü turunda "Milan"a qarşı oyunu buraxacaq.

Qeyd edək ki, "Roma" - "Milan" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Mənbə: offsideplus.az