Azərbaycan millisinin kapitanı Emin Mahmudova yığmanın heyətində sonuncu - 66-cı matçına çıxması münasibətilə xüsusi hədiyyə verilib.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorra ilə yoxlama görüşü başlamazdan əvvəl yarımmüdafiəçiyə üzərində 66 nömrəsi olan forma təqdim edib.
Qeyd edək ki, 2016-cı ildən Azərbaycan millisində çıxış edən “Neftçi”nin futbolçusu keçirdiyi 66 oyunda 15 qol vurub.
Mənbə: bizim.media