"Bu gün mən Pol Poqbayam, amma sabah heç kiməm"

"Bu gün mən Pol Poqbayam, amma sabah heç kiməm"

"Mançester Yunayted"in futbolçusu Pol Poqba xeyriyyəçiliyin həyatındakı əhəmiyyətindən danışıb.

Qol.az xəbər verir ki, fransalı yarımmüdafiəçi "Soccerbible" nəşrinə açıqlamasında deyib: “Xəstə bir uşaq gördükdə ona bir mesaj göndərərək kömək etməyə çalışırsınız. Bu, kiçik bir şeydir, eyni zamanda bir uşağın həyatını yaxşılığa doğru dəyişdirə bilər. Belə məqamda bu qədər təsirli olmaq imkanım var. Buna görə də mən bunu xeyir üçün istifadə etməliyəm.

Mümkün olduqca insanlara kömək etməliyik, çünki vaxt keçir. Bu gün mən Pol Poqbayam, amma sabah heç kiməm".

Qeyd edək ki, Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında "Yuventus"dan "Mançester Yunayted"ə transfer olunub.

Mənbə: qol.az