5 ən varlı futbolçu xanımı - SİYAHI

5 ən varlı futbolçu xanımı - SİYAHI

Bu gün yaşıl meydanlarda top qovan futbol ulduzları ilə yanaşı onların xanımları da məşhurluq qazanır.

Onların bəziləri lüks həyat tərzi, bahalı geyimləri ilə tanınırlar.

Sizə hazırda dünyanın "ən bahalı" futbolçu xanımlarının siyahısını təqdim edirik:

1. Viktoriya Bekhem

İngiltərə millisinin və "Real"ın əfsanəsi Devid Bekhemin xanımı bahalı həyat tərzi ilə diqqətləri çəkir. Öz adını sahibi olduğu moda fabrikinə verən Viktoriya hazırda 360 milyon funt-sterlinqlə dünyanın ən çox qazanan futbolçu xanımıdır.

2. Şakira

İspaniya millisinin və "Barselona"nın oyunçusu Xerard Pikenin xanımı, dünyaca məşhur müğənni Şakira bu siyahının ikinci pilləsində qərarlaşıb. Hazırda 220 milyon funt sərvəti olan Şakira həyat yoldaşının 20 milyon funtunu "əzir".

3. Kolin Runi

İngiltərə millisinin sabiq üzvü Ueyn Runinin xanımı Kolin Runi də ən çox qazanan futbolçu xanımlarındandır. Fotoları ilə bir sıra jurnalların üz qabıqlarını bəzəyən cazibədar Kolinin hazırki sərvəti 14 milyon funt civarındadır.

4. Corcina Rodriqes

"Yuventus"un ulduzu Kriştiano Ronaldonun sevgilisi olan Corcina hazırda idman və moda aləmində ən məşhur simalardan biridir. "İnstagram"da 24 milyon izləyicisi olan 27 yaşlı Corcinanın qazancı 7 milyon funtdur.

5. Vanda Nara

Model, futbol meneceri, televiziya ulduzu...

Bu adların ünvanı - Vanda Nara. PSJ-nin argentinalı ulduzu Mauro İkardinin xanımı da ən çox gəlir əldə edənlərin siyahısındadır. Cazibədar Vanda Nara 3 milyon funtla siyahının 5-ci pilləsində qərarlaşıb.

Mənbə: offsideplus.az