Daha bir italyan klubunda koronavirusa yoluxma faktı qeydə alındı

Daha bir italyan klubunda koronavirusa yoluxma faktı qeydə alındı

“Verona” klubunda koronavirusa yeni yoluxma faktı qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, A Seriyasının 24-cü turu çərçivəsində “Yuventus”la oyundan öncə klub kollektivindən götürülmüş COVİD-19 testlərindən birinin pozitiv çıxdığı məlum olub.

Koronavirusa yoluxmuş şəxsin kimliyi hələlik açıqlanmır.

Qeyd edək ki, bu gün keçiriləcək “Verona” - “Yuventus” matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Mənbə: offsideplus.az