Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib.

"Unikal" xəbər verir ki, komanda hazırda 1145.18 xalla 124-cü pillədə qərarlaşıb.

Azərbaycan yığması UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edib.

Xatırladaq ki, FIFA reytinqinin ilk sırasında İspaniya (2004.48) seçməsi qərarlaşıb. Argentina millisi (1966.13) ikinci, Fransa komandası (1950.82) üçüncüdür.


Mənbə: unikal.az