Azərbaycanlı futbolçunun klubundan qələbə

Azərbaycanlı futbolçunun klubundan qələbə

Rusiya Premyer Liqasında 20-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, ölkəmizin gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti oyununa çıxıb.

Komanda doğma meydanda “Ufa” ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1.

Kamran Əliyev bu qarşılaşmanın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, 28 xalı olan “Ximki” 10-cu pillədə qərarlaşıb.

Mənbə: offsideplus.az