Türkiyə Superliqası: “Fənərbağça” səfərdə “Trabzonspor”u minimal hesabla məğlub edib

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə “Trabzonspor”u minimal hesabla məğlub edib

Fevralın 28-də futbol üzrə Türkiyə çempionatının XXVII turunun sonuncu qarşılaşmasında "Trabzonspor" doğma meydanda "Fənərbağça"nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi meydan sahiblərini minimal hesabla məğlub edib. "Fənərbağça"nın yeganə qolunu matçın 76-cı dəqiqəsində Dimitrios Pelkas vurub.

Günün digər matçında isə "Kasımpaşa" səfərdə "Göztəpə"yə 1:0 hesabı ilə uduzub. Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. İkinci və üçüncü pillələrdə müvafiq olaraq 54 xala malik olan "Beşiktaş" və "Fənərbağça" klubları qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVII turda "Kayserispor" istirahət edib.

Mənbə: azertag.az