"Atletiko" "Vilyarreal"a da qalib gəldi

"Atletiko" "Vilyarreal"a da qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında XXV turun mərkəzi görüşü "Vilyarreal" və "Atletiko" komandaları arasında keçirilib.

Redaktor.az-ın məlumatına görə, "Estadio de-la-Keramika"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 25-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Alfonso Pedrasa avtoqolla açıb. 69-cu dəqiqədə isə Joau Feliş yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra 24 oyundan 58 xal toplayan "Atletiko" liderliyini davam etdirib. "Vilyarreal" isə 37 xalla 7-cidir. //Report

Mənbə: redaktor.az