İkiqat paralimpiya çempionu İlham Zəkiyev Misirdə bürünc medal qazanıb

İkiqat paralimpiya çempionu İlham Zəkiyev Misirdə bürünc medal qazanıb

İkiqat paralimpiya çempionu, Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində təşkil olunan Qran-Pri turnirində mükafatçılar sırasına düşüb.

Aznews.az xəbər verir ki, J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində tatamiyə çıxan təcrübəli idmançımız yarışı bürünc medalla başa vurub.

Üçüncü yer uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gələn İlham Zəkiyev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Mənbə: www.aznews.az