A seriyası klubunda baş məşqçi istefası

A seriyası klubunda baş məşqçi istefası

"Krotone" baş məşqçisi Covanni Stroppanı istefaya göndərib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. A seriyası təmsilçisi 53 yaşlı mütəxəssislə 3 illik əməkdaşlığa son qoymağa qərar verib.

Qeyd edək ki, "Krotone" İtaliya çempionatında 24 turdan sonra 12 xalla sonuncu-20-ci pillədə qərarlaşıb.

Mənbə: qol.az