"Qalatasaray"ın rekordçusu - 300 oyun

"Qalatasaray"ın rekordçusu - 300 oyun

Türkiyə Super Liqasının 27-ci turunda "Ərzurum BB”ni qəbul edən "Qalatasaray” Mustafa Məhəmmədin dublu sayəsində 2:0 hesablı qələbə qazanıb.

Sport7.az xəbər verir ki, bu oyun "cim-bom”un kapitanı Fernando Muslera üçün əlamətdar olub.

Super Liqada 300-cü matçına çıxan Uruqvay millisinin üzvünə qarşılaşmadan əvvəl komandanın baş məşqçisi Fatih Terim plakat hədiyyə edib. Ardıcıl 10 mövsüm Türkiyədə eyni komandanın heyətində meydana çıxan ilk əcnəbi futbolçu olan Muslera yerli vətəndaşlıq almayan əcnəbilər arasında rekordçudur. Ümumilikdə Muslera hazırda xarici ölkə nümayəndələrindən yalnız Gökçək Vederson (335 oyun), Melih Gökçək (328) və Mərt Meriçdən (307) geri qalır.

34 yaşlı qolkiper "Qalatasaray”ın heyətində ən çox kubok qazanan əcnəbi ünvanına sahibdir. O, "sarı-qırmızılılar”la 5 dəfə Super Liqanın, 4 dəfə Türkiyə kubokunun, 5 dəfə Superkubokunun qalibi olub. Muslera eyni zamanda İstanbul təmsilçisində bir mövsümdə qol buraxmadığı oyun sayına görə də bütün həmkarlarını qabaqlayıb. O, 2011/12 mövsümündə çempionatda keçirdiyi 32 görüşün 16-da qapısını toxunulmaz saxlayıb.

İştirak etdiyi 300 matçda 294 qol buraxan Fernando bunun 111-də rəqib hücumçularına qol imkanı verməyib. O, bu müddətdə 26 sarı, 2 qırmızı vərəqə alıb.

Mənbə: sport7.az