"Qalatasaray" cəlbedici maaşla gənc futbolçu gətirir

"Qalatasaray" cəlbedici maaşla gənc futbolçu gətirir

"Qalatasaray" "Əl-Əhli"nin futbolçusu Aliu Dyenq üçün rəsmi təklif göndərib.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "Cim-bom" 23 yaşlı müdafiəyəmeyilli yarımmüdafiəçi üçün 5 milyon avro təklif edib. Bundan əlavə, oyunçunun mümkün transferindən sonra performansına bağlı olaraq anlaşmaya əlavə bonuslar əlavə ediləcək. "Sarı-qırmızılar"ın Dyenqə cəzbedici maaş təklif etdiyi bildirilir.

Qeyd edək ki, "Əl-Əhli" ilə 2026-cı ilə qədər müqaviləsi olan Aliu Dyenq bu mövsüm çıxdığı 17 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: offsideplus.az