İbrahimoviç ən az 10 gün yaşıl meydanlardan uzaq qalacaq

İbrahimoviç ən az 10 gün yaşıl meydanlardan uzaq qalacaq

 

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin səhhəti barədə yeni məlumatlar yayılıb.

Sports.ru xəbər verir ki, futbolçunun sol budunda əzələ zədəsi aşkar olunub.

Məlumata görə, onun yalnız 10 gün sonra yenidən həkim müayinəsindən keçəcəyi bildirilib. Məhz bundan sonra, əgər zədə sağalarsa, İbranın meydana çıxmasına icazə veriləcək.

Xatırladaq ki, martın 3-də “Milan” İtaliya çempionatı çərçivəsində “Udineze”, 11-də isə Avroliqanın pley-off mərhələsində isveçlinin keçmiş klubu “Mançester Yunayted”lə qarşılaşacaq.

Görünən odur ki, İbrahimoviç qeyd olunan oyunları buraxmalı olacaq.

Qeyd edək ki, 39 yaşlı hücumçu “Milan”ın bombardiridir. O, bu mövsüm A Seriyasında 14 oyunda bir o qədər də qol vurub.

Mənbə: www.oxu.az