Əfqan Həmzəyevə fəxri ad verildi

Əfqan Həmzəyevə fəxri ad verildi

Dünya Tələbə Futbol Birliyinin baş katibi Əfqan Həmzəyev fərqləndirilib.

Fanat.Az xəbər verir ki, uzun müddət Azərbaycan Premyer Liqasında hakimlik etmiş Həmzəyev Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülüb.

Qeyd edək ki, sabiq referi hazırda həm də Dünya Minifutbol Federasiyasının Hakimlər Komitəsinin sədr müavini vəzifəsində çalışır.

Mənbə: www.fanat.az