Mourinyu Keynə əvəzləyici tapdı

Mourinyu Keynə əvəzləyici tapdı

"Latsio"nun hücumçusu Çiro İmmobile karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az "Daily Star"a istinadən xəbər verir ki, 31 yaşlı italiyalının xidmətində "Tottenhem" maraqlıdır.

Hotspur təmsilçisinin baş məşqçisi Joze Mourinyu Roma klubunun sözügedən forvardını yayda komandanı tərk edəcəyi gözlənilən Harri Keynə layiqli əvəzləyici sayır.

Qeyd edək ki, İmmobile 2020/21 mövsümündə "Latsio" formasıyla bütün turnirlər daxil olmaqla, 24 oyuna çıxıb. Bu görüşlərdə 19 qol vuran Çiro 4 məhsuldar ötürmə ilə də diqqət çəkib.

Mənbə: www.fanat.az