Formula 1 üçün jurnalistlərin akreditasiyasına başlayır

Formula 1 üçün jurnalistlərin akreditasiyasına başlayır

Bakı. Elçin Mehdiyev – Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycanda keçiriləcək 2021-ci il Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akreditasiyasına başlayır.

Trend-in məlumatına görə, akreditasiya martın 2-də başlayır və martın 20-ə qədər davam edəcək.

Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin veb səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidir.

Qeyd edək ki, 2021-ci il Formula 1 Azərbaycan Qran Prisi iyunun 6-da Bakıda keçiriləcək.

Mənbə: az.trend.az