Formula1 Azərbaycan Qran Prisi həyata keçiriləcək - AÇIQLAMA

Formula1 Azərbaycan Qran Prisi həyata keçiriləcək - AÇIQLAMA

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti martın 2-də Hilton otelində yerli KİV nümayəndələri üçün 2021 Formula1 Azərbaycan Qran Prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib. SİA xəbər verir ki, seminarda çıxış edən BŞH əməliyyat Şirkətinin mətbuat xidmətinin rəhbəri Ayan Nəcəf bildirib ki, 2021-ci il mövsümü üçün yarış baş tutacaq.

O, söyləyib ki, həm Formula1-də, həm də BŞH-da bir sıra dəyişikliklər olacaq. Formula1-də çempionatında iştirak edən komandaların büdcələrinə məhdudiyyət tətbiq oluncaq. Bir il ərzində maksimal olaraq 145 milyon dollar olacaq. 145 milyon dollar 21 yarış üçün nəzərdə tutulub.

Mənbə: sia.az