Əfsanəvi rus məşqçi xəstəxanaya yerləşdirildi

Əfsanəvi rus məşqçi xəstəxanaya yerləşdirildi

Moskva “Spartak”ının əfsanəvi məşqçisi olmuş Oleq Romantsev xəstəxanaya yerləşdirilib.

Qol.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər yayıb. 67 yaşlı məşqçi infart keçirib. Ürəyindən əməliyyat olunan Romantsev mediaya açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini deyib.

Qeyd edək ki, O.Romantsevin rəhbərliyi altında “Spartak” SSRİ çempionu, 8 dəfə Rusiya çempionu, 3 dəfə SSRİ kuboku və Rusiya kubokunun qalibi olub. O, müxtəlif vaxtlarda Rusiya millisinin də baş məşqçisi vəzifəsində işləyib.

Mənbə: qol.az