"Barselona"nın eks-prezidenti ifadə verməkdən boyun qaçırdı

"Barselona"nın eks-prezidenti ifadə verməkdən boyun qaçırdı

Dünən vəzifəsindən sui-istifadə etdiyinə görə saxlanılan "Barselona"nın eks-prezidenti Xosep Mariya Bartomeu gecəni polis məntəqəsində keçirib.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı funksioner vəkillərinin məsləhəti üzrə ifadə verməkdən imtina edib. Səssiz qalmaq haqqından istifadə edən Bartomeu gecəni həbsdə keçirib.

Bartomeu, klubun bəzi tanınmış üzvlərinin və aparıcı futbolçularının nüfuzuna xələl gətirmək üçün sosial media hesablarına pul ödəməkdə günahlandırılır.

Qeyd edək ki, bu bazar günü "Barselona"nın yeni prezidenti seçiləcək.

Mənbə: offsideplus.az