Məhəmməd Salah Yay Olimpiya Oyunlarında

Məhəmməd Salah Yay Olimpiya Oyunlarında

“Liverpul”un hücumçusu Məhəmməd Salahın bu yay Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı gözlənilir.

Qol.az xəbər verir ki, bu barədə Misirin futbol üzrə olimpiya millisinin məşqçisi Şaki Qərib bildirib. Onun sözlərinə görə, ilkin ehtimala əsasən, komandanın liderləri Məhəmməd Salah (28 yaş) və Məhəmməd Əl-Nenni (“Arsenal”, 28 yaş) olacaq. Məşqşi bildirib ki, məsələ ilə əlaqədar futbolçuların klubları ilə də danışıqlar aparılacaq.

Qeyd edək ki, Olimpiya turnirində yaşı 23-dək olan futbolçuların iştirakına icazə verilir. Lakin heyətə yaşı 23-dən artıq olan 3 nəfər oyunçu də cəlb edilə bilər.

Xatırladaq ki, Yay Olimpiya Oyunlarının 2021-ci il iyulun 23-dən avqustun 8-də Tokio keçirilməsi nəzərdə tutulub.

Mənbə: qol.az