“Barselona”nın sabiq prezidenti azadlığa buraxılıb

İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Xosep Bartomeu azadlığa buraxılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İspaniya məhkəməsi verib.

Martın 1-də klubun ofisindəki əməliyyat zamanı saxlanılan Bartomeu və məsləhətçisi Jaume Masferrer məhkəmə qarşısına şübhəli qismində çıxıb. Onlar 2020-ci ilin mayında açılan biznesdə korrupsiya işi ilə bağlı dindirilsə də, hər iki şəxs ifadə verməmək hüququndan yararlanıb. Məhkəmə onları müvəqqəti azad etməyə qərar verib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Hacı İbrahimi məhkəməyə verdilər - 83 min manat borca görə

SONRAKI XƏBƏR

Dörd min dollar maaş alan azərbaycanlı müəllim - VİDEO