“Liverpul”la “Leypsiq” Çempionlar Liqasının oyununu yenə Budapeştdə keçirəcək

“Liverpul”la “Leypsiq” Çempionlar Liqasının oyununu yenə Budapeştdə keçirəcək

Çempionlar Liqasının 1/8 final mərhələsində üz-üzə gələn “Liverpul”la “Leypsiq” arasında cavab oyununun da yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, martın 10-da baş tutacaq görüş Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Bu dəfə meydan sahibi rolunda İngiltərə çempionu olacaq. Buna səbəb Almaniya klubunun koronavirus pandemiyası səbəbindən Böyük Britaniyaya gedə bilməməsidir.

Fevralın 16-dakı ilk matç da eyni şəhərdə təşkil olunub. “Liverpul” Macarıstandakı səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib.

Mənbə: apa.az