Millimizin böyük məşqçisi Anadolu Agentliyinə danışdı: “Türklərin gəlməsini gözləyirik” - VİDEO

Millimizin böyük məşqçisi Anadolu Agentliyinə danışdı: “Türklərin gəlməsini gözləyirik” - VİDEO

Boks millimiz Türkiyənin Kastamonu bölgəsində hazırlıqlara başlayıb.

Oxu.Az xəbər verir ki, ötən ilin fevralında da burada təlim-məşq toplanışı keçmiş millimizin məşqçisi Nəriman Abdullayev Anadolu Agentliyinə danışıb:

“Türkiyə boks millisinin gəlməsini gözləyirik. Yaxın zamanda gələcəklər. İndi beynəlxalq turnirdədirlər (Bolqarıstanda keçirilən ənənəvi “Stranca” turnirində iştirak edirlər – S.M.).

Hər iki ölkə Olimpiya lisenziyaları qazanmaq istəyir. Ayın 15-də Türkiyədə böyük turnir var, ona qatılacağıq. Məşqlərimiz gözəl şəkildə davam edir. Türkiyə komandası gəlsə, gözəl olar. Kastamonu bizə çox əlverişli yerdir”.

Qeyd edək ki, 13 idmançı ilə təlim-məşq toplanışında olan boks millimiz iyunda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşır. Komandamız Kastamonu Kadıdağı Məşq Mərkəzində hazırlıq keçir. Yığmamız martın 21-də Azərbaycana dönəcək.

 

Səbuhi Musayev

Mənbə: www.oxu.az