Bundesliqa klubunun yeni baş məşqçisi müəyyənləşdi

Bundesliqa klubunun yeni baş məşqçisi müəyyənləşdi

"Arminiya" klubunun yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Frank Kramer çalışdıracaq. 49 yaşlı mütəxəsisin müqaviləsi 2023-cu il iyunun 30-dək nəzərdə tutulub. Kramer bu vəzifədə ötən gün istefaya göndərilmiş Uve Noyxausu əvəzləyib.

Qeyd edək ki, "Arminiya" 22 turdan sonra 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Mənbə: offsideplus.az