Türkiyə klubu Bundesliqaya yollanan futbolçusuyla müqaviləyə xitam verdi

Türkiyə klubu Bundesliqaya yollanan futbolçusuyla müqaviləyə xitam verdi

"Bursaspor" 18 yaşlı futbolçusu Ali Akman ilə müqaviləsini ləğv edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc forvardın anlaşmasına xitam verilib. Türkiyə 1-ci liqasında mübarizə aparan klub rəhbərliyi "Ayntraxt"la razılığa gələn Akmanı heyətdən uzaqlaşdırmışdı.

"Bursaspor"un aşağı yaş qrupundan çıxan Ali Akman iyun ayından etibarən "Ayntraxt"a keçid edəcək.

Mənbə: offsideplus.az