La Liqada tamaşaçılar tribunaya qayıdır

İspaniya La Liqasında tamaşaçılar stadionlara buraxıla bilər.

Apasport.az saytının məlumatına görə, bunu La Liqanın prezidenti Xavyer Tebas açıqlayıb.

O bildirib ki, azarkeşlərin tribunalara qayıdışı mövsümün sonunadək gerçəkləşə bilər. Bunun aprelin ortaları və ya mayın əvvəlində baş verməsi gözlənilir.

Qeyd edək ki, İspaniya çempionatının oyunları koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Ordu bu generallarsız da mövcud olacaq” - Erməni deputat

SONRAKI XƏBƏR

Pandemiya " Zoom"a milyardlar qazandırdı