2 mart: Rakitiç "Barselona"da, çinli futbolçu La Liqada tarix yazdı

2 mart: Rakitiç "Barselona"da, çinli futbolçu La Liqada tarix yazdı

Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən İspaniya La Liqasında bu günün tarixinə bir daha boylandıq.

Offsideplus.az La Liqaya istinadən 18-22 noyabr tarixlərində İspaniya futbolunda nələrin baş verdiyini təqdim edir:

2 mart, 2019-cu il: Rakitiç "Santiaqo Bernabeu"da "Barselona"nın "El-Klassiko" rekordunu uzatdı

Həmin tarixdə baş tutan "EL-Klassiko"da "katalonlar" İvan Rakitiçin qolu ilə qələbəyə sevindilər. Ramosun qarşısını ala bilmədiyi xorvatiyalı ulduz Tiba Kurtuanı da keçərək topu tora qovuşdura bildi. Bununla da, "Barselona" ardıcıl 4-cü dəfə doğma meydanda "Real"ı məğlubiyyətə uğratdı. Əzəli rəqib üzərində qazandıqları bu üç xal 2019/19 mövsümündə La Liqa çempionu olmaqlarına yardım etdi.

Bir neçə gün sonra 33 yaşını qeyd edəcək İvan Rakitiç hazırda La Liqa karyerasını başlatdığı "Sevilya"da çıxış edir.

2 mart, 2019-cu il: U Ley Çin və La Liqa tarixinə imza atdı

2019-cu ilin bu günü "Espanyol"un "RCDE stadionu"nda tarix yazılırdı. "Barselona" əsaslı klub bir müddət öncə "Şanxay Port"un ulduzu U Leyi transfer etmişdi. Bir neçə həftə qabaq komandada ilk assistini edən çinli forvard həmin gün "Real Valyadolid" qapısından ilk qolunu keçirdi. Bu 10 ildən çoxdur ki, Avropanın top-5 liqasında çinli futbolçu tərəfindən vurulan ilk qol idi.

Mənbə: offsideplus.az