Ronaldonun bərbad statistikası...

Ronaldonun bərbad statistikası...

"Yuventus" klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldonun arzuolunmaz statistikası üzə çıxıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu "qoca sinyora"nın heyətində çıxdığı 118 oyunda 91 qol vurub, fəqət...

Belə ki, Ronaldo son 65 cərimə zərbəsindən cəmi birini qola çevirə bilib.

Bu qol da ötən ilin yayında "Torino" ilə matça təsadüf edib.

Futbolçusuna dəstək olan Pirlo, ona hər zaman inandığını və yenidən cərimə zərbələrindən Ronaldodan görməyə öyrəşdiyimiz qolları seyr edəcəklərini deyib.

Mənbə: offsideplus.az