"Beşiktaş"dan qələbə

"Beşiktaş"dan qələbə

"Beşiktaş" Türkiyə Superliqasında növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, İstanbul təmsilçisi 26-cı turda "Yeni Malatyaspor"un qonağı olub. "Qara qartallar" minimal hesablı qələbə qazanıb. Beləliklə, "Beşiktaş" xallarının sayını 57-yə çatdıraraq, lider "Qalatasaray"la bərabərləşdirib.

Qeyd edək ki, "Yeni Malatyaspor"un aktivində 31 xal var və 13-cü pillədə qərarlaşır.
Türkiyə Superliqası, 26-cı tur

"Yeni Malatyaspor" - "Beşiktaş" - 0:1
Qol: Atiba Hatkinson, 59

Mənbə: qol.az