Lukaku ən yaxşı seçildi

İtaliya A seriyasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Ötən ayın ən yaxşısı "İnter"in belçikalı oyunçusu Romelu Lukaku seçilib. 27 yaşlı hücumçu fevral ayında 4 matça çıxaraq, 4 qol vurub və 3 qolun ötürməsini verib.

Qeyd edək ki, Lukaku 2019-cu ildən Milan təmsilçisində oynayır.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Volkswagen ID.6 krossoverinin şəkilləri peyda olub - FOTO

SONRAKI XƏBƏR

Türkiyə və Azərbaycan milli komandaları qarşılaşacaq - Oyun günü məlum oldu