"Milli Dəstə" 5 yaşında!

Azərbaycanın məşhur azarkeş qruplarından olan "Milli Dəstə" 5 yaşını qeyd edir.

Offsideplus.az xəbər verir ki, 2016-cı ilin 2 martında yaradılan azarkeş qrupu bu zaman kəsiyində geniş fəaliyyəti ilə yadda qalıb.

Xaricdə Azərbaycan tribuna mədəniyyətinin inkşafına töhfə verən "Milli Dəstə", ölkəmizin milli komandalarını, klublarını və idmançılarını müxtəlif idman növlərində dəstəkləyən stabil azarkeş qrupu formalaşdırıb.

Sözügedən qrup indiyə qədər 24 ölkədə 37 idman yarışında idmançılarımıza dəstək olub.

"Milli Dəstə" növbəti 5 il üçün də geniş fəaliyyət planı cızır.

Təbrik edirik!

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə və Azərbaycan milli komandaları qarşılaşacaq - Oyun günü məlum oldu

SONRAKI XƏBƏR

Paşinyan hücuma keçdi