"Neftçi" uduzmadığı rəqibə qarşı - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

Redaktor.az-ın məlumatına görə, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Kapital Bank Arena"da "Zirə" ilə qarşılaşacaq. Hazırda "gənclik şəhəri" təmsilçisi 23 xalla 4-cü, "qartallar" isə 28 xalla 3-cüdür. Bunadək ölkə çempionatında 21 dəfə üz-üzə gəlmiş komandaların duelində meydan sahibləri 6, qonaqlar 10 qələbə qazanıblar. 5 oyunda qalib müəyyənləşməyib. Topların fərqi də "Zirə"nin xeyrinədir - 21-29. Son 5 oyunda hər iki komanda qol vurub. "Sumqayıt" 4 matçdır uduzmur.

Turun son matçı "Bakcell Arena"da baş tutacaq. 33 xalla 2-ci sırada yer alan "Neftçi" 15 xalla autsayder olan "Sabah"ı qəbul edəcək. Bu, komandaların Premyer Liqada yubiley - 10-cu görüşü olacaq. Əvvəlki 9 qarşılaşmada "ağ-qaralar" rəqibini 8 dəfə məğlub edib. Bir oyun isə heç-heçə başa çatıb. Flaqman heç vaxt Masazır təmsilçisinə uduzmayıb. “Sabah” 4 matçdır qol vurmur və xal qazanmır.

Azərbaycan Premyer Liqası

XVIII tur

3 mart (çərşənbə)

16:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.

18:15. “Neftçi” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Səbail" evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Qarabağ" isə "Qəbələ"nin qapısından 3 cavabsız qol keçirib.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Pele koronavirusa qarşı peyvənd olundu

SONRAKI XƏBƏR

6 ay sonra baş tutan danışıqlarda - Nələr müzakirə olundu?