"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu

Dortmundun "Borussia" klubu Almaniya futbol Kubokunun 1/4 finalında Mönhenqladbaxın eyniadlı klubunu 1:0 hesabı ilə məğlub etdi.

Trend xəbər verir ki, qolu 66-cı dəqiqədə Ceydon Sanço vurub.

Dortmund "Borussiya"sı Almaniya Kubokunun 1/2 finalına ilk çıxan komanda oldu. 1/4 final mərhələsində "Essen" - "Holştayn", "Leipsiq" - "Volfsburq" və "Regensburq" - "Verder" komandaları arasında matçlar gözlənilir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi

SONRAKI XƏBƏR

Səfir: "İran işğaldan azad olunan ərazilərin bərpasında iştirak etmək istəyir"