“Beşiktaş”a bir qol bəs etdi

Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Qaziantep” autsayderlər qrupunda yer alan “Gənclərbirliyi”ni qəbul edib və rəqibini məğlub yola salıb.

Ötən tur istirahət edən “Beşiktaş” bu turda çətin “Yeni Malatyaspor” səfərinə yollanıb. İstanbul klubu bu görüşdən minimal hesabla qalib ayrılıb.

Türkiyə Super Liqası
28-ci tur
2 mart

Qaziantep – Gənclərbirliyi 2:1
Qol: K.Özer, 59. Cefferson, 79 – Lima, 18.

Yeni Malatyaspor – Beşiktaş 0:1
Qol: Hatçinson, 59.

 

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Almanın insan orqanizminə İNANILMAZ FAYDASI

SONRAKI XƏBƏR

Məşhur cütlüyün 6-cı övladı dünyaya gəldi - FOTO