Pele koronavirusa qarşı peyvənd olundu

Braziliya yığmasının tərkibində futbol üzrə üçqat dünya çempionu Pele (Edson Arantis du Nasimentu) koronavirus infeksiyasına qarşı peyvənd olunub.

“Qafqazinfo” bildirir ki, bu barədə “Futbol kralı” instaqram hesabında məlumat verib.

“Bu gün – unudulmaz gündür. Mən peyvənd olundum”, - 80 yaşlı eks-idmançı paylaşımında yazıb.

Eyni zamanda, əfsanəvi futbolçu izləyicilərini pandemiyanın davam etdiyini unutmamağa çağırıb və gigiyena qaydalarına riayət etmək, mümkün qədər evdə qalmaq, ictimai yerlərdə maska taxmaq və sosial məsafəyə riayət etmək zərurətini xatırladıb.

“G1” portalının məlumatına görə, Pele Çinin “Sinovac Biotech” kompaniyası tərəfindən istehsal edilmiş “Coronavac” vaksinindən yararlanıb.

Qeyd edək ki, Braziliyada koronavirus infeksiyasına qarşı vaksinasiya yanvarın 18-də başlayıb.

 

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

İlon Mask yeni şəhər yaradır

SONRAKI XƏBƏR

"Neftçi" uduzmadığı rəqibə qarşı - AFİŞA