"Fulhem"in yarımmüdafiəçisinə böyrək köçürüləcək

"Fulhem"in yarımmüdafiəçisinə böyrək köçürüləcək

"Fulhem"in yarımmüdafiəçisi Kevin Makdonald böyrək transplantasiyası ərəfəsində düşdüyü durumdan danışıb.

 

Fanat.Az xəbər verir ki, BBC 32 yaşlı şotlandın söylədiklərini belə çatdırıb:

"Hər şeyin qaydasında olduğunu bilmək üçün Əməliyyatın indi keçirilməsini istəyirəm. Əlbəttə, planlaşdırılan əməliyyatdan sonra bərpa olunmaq və normal həyata qayıtmaq ən böyük arzumdu. Hələ 32 yaşım var. Bundan sonra da 2-3 il oynaya bilərəm. Düzdür, İngiltərə Premyer Liqasında temp yüksək olduğundan mənim üçün çətin olar. Amma səhhətim imkan versə, karyeramı bitirməyə tələsməyəcəm.

Həftədə dörd dəfə dializ kimi əzaba qatlaşmaq da bir şey deyil. Hərçənd bu yolla karyeramı bitirənə qədər gözləyə də bilərdim. Son yoxlamalar vəziyyətin ciddiləşdiyini göstərib. Bundan qurtulmağım üçün transplantasiya mümkün qədər tez edilməlidir. Bəxtim gətirdi ki, donor tapdım. Ona ömrümün sonunadək həyatımla borcluyam".

2016-cı ildən "Fulhem"də çıxış edən Makdonald bu mövsüm xəstəlik üzündən London klubunda oynamayıb. Əməliyyat ötən ay keçirilməli olsa da, böyrək köçürməsi koronavirus pandemiyası üzündən təxirə salınıb.

Mənbə: fanat.az