"Bavariya" yeni futbolçu aldı

"Bavariya" yeni futbolçu aldı

Münhen "Bavariya"sı heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Bundesliqa lideri "Sankt Pölten"dən (Avstriya) Emilian Metunu alıb. 17 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Lakin oyunçu Bundesliqa təmsilçisinə yayda qoşulacaq.

Metu, əvvəlcə əvəzedici heyətdə mübarizə aparacaq.

 

Mənbə: offsideplus.az