Zidan Benzemanın durumundan danışdı

"Real"ın baş məşqçisi Zinəddin Zidan zədəli futbolçusu Kərim Benzemanın durumundan danışıb.

Qol.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bu barədə AS-a açıqlama verib: "Hələ də heç nə dəqiq deyil. Ümid edirik ki, "Atletiko" ilə oyunadək komandaya qoşular. Ancaq gözləməliyik. Görək, nə olur. Benzema hələ komanda ilə məşq etməyib".

Qeyd edək ki, 33 yaşlı hücumçu 2009-cu ildən "Kral klubun"da çıxış edir.
Əlavə edək ki, martın 10-da keçiriləcək "Atletiko" - "Real" matçı Bakı vaxtı ilə 19:15-də başlayacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"Fulhem"in yarımmüdafiəçisinə böyrək köçürüləcək

SONRAKI XƏBƏR

Paşinyanın əleyhdarı yenə Yerevan küçələrində toplaşacaq