"Barselona"da gələcəyimi görməsəm, problem yaşaya bilərik”

"Barselona"da gələcəyimi görməsəm, problem yaşaya bilərik”

"Barselona"nın baş məçqçisi Ronald Kuman istefaya göndəriləcəyi barədə xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, keçirdiyi mətbuat konfransında 57 yaşlı mütəxəssis klub rəhbərliyi ilə bu barədə heç nə danışmadığını, hələ 1 illik müqaviləsinin olduğunu vurğulayıb:

"Klubdan heç kimlə danışmamışam. Prezident vəzifəsinə kimin gələcəyini və onun planlarını gəzləmək məcburiyyətindəyik. "Barselona"da gələcəyimi görməsəm, problem yaşaya bilərik. Çünki hələ müqaviləmin bitməsinə 1 il var".

Qeyd edək ki, "Barselona"da martın 7-də keçiriləcək prezident seçkilərindən sonra Kumanın istefaya göndəriləcəyi iddia edilib.

Mənbə: qol.az