İsinmə zamanı zədələndi

İsinmə zamanı zədələndi

"Yuventus"un futbolçusu Matteyis de Liqt zədələnib.

Qol.az xəbər verir ki, bu barədə klubun Tvitter hesabında məlumat yayılıb. 21 yaşlı müdafiəçi ötən gecə keçirilən "Spezia" ilə matçın (3:0) start heyətinə daxil edilsə də, isinmə hərəkətləri zamanı zədələnib. Niderlandlı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, De Liqt bu mövsüm "Yuventus"un heyətində 15 matça çıxıb.

Mənbə: qol.az