"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurdu

"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurdu

"Qarabağ"ın sabiq futbolçusu Miçel Madera peşəkar karyerasını bitirib.

Offsideplus.az "Luakin" klubun saytına istinadla xəbər verir ki, buna 36 yaşlı yarımmüdafiəçinin özü qərar verib. Fiziki problemlərini heç cür aradan qaldıra bilməyən "Qarabağ"ın sabiq "8 nömrə"si yaşıl meydanlarla vidalaşmağı məqsədəuyğun sayıb.

Qeyd edək ki, Miçel "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb, Çempionlar Liqası və Avropa Liqası kimi mötəbər turnirlərdə iştirak edib.

Mənbə: offsideplus.az